"Delta ştammı"na yoluxanlar artdı

Amerika Birləşmiş Ştatları Covid-19 "Delta" variantına yoluxanların sayının artması səbəbindən mövcud beynəlxalq səyahət məhdudiyyətlərini qüvvədə saxlamağa qərar verib. SİA xəbər verir ki, Ağ Ev-in verdiyi açıqlamaya görə, yalnız yoluxmaların deyil, həm də anti-peyvəndlənmənin artmasına görə məhdudiyyətlərə yenidən qayıdılıb.

Avropada daha sürətli yayılmış "Delta" variantının da artdığını nəzərə alaraq səlahiyyətlilər "daha yavaş bir addım" atmağa qərar veriblər.

Ağ Evin mətbuat katibi Jen Psaki isə açıqlamasında belə deyib: ""Delta" variantının səbəb olduğu yoluxmalar, xüsusən də peyvəndləmədə iştirak etməyənlər arasında artmaqdadır və önümüzdəki həftələrdə çoxalma ehtimalı var".

İki doz peyvəndi olan amerikalılar üçün məhdudiyyətlər demək olar ki, yumşaldılıb. Lakin İngiltərə hələ də ABŞ-dan gələnlərin əksəriyyəti üçün karantin tələb edir. ABŞ-da aparıcı səhiyyə təşkilatları da səhiyyə işçilərini pandemiyaya qarşı peyvəndlənmək məcburiyyətində qalmağa çağırıblar.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə