"Qolu və ayaqları tamamilə qopmuşdu" - ŞOK ÖLÜM

Brazilyada Jabotao dos Guarapesdəki Piedade çimərliyində Marselo Roça Santos adlı şəxs dənizə ayaqyolusunu etmək üçün girib. SİA xarici mətbuata əsasən xəbər verir ki, sərxoş olan adam köpək balığının hücumuna məruz qalıb. Ətrafdakılar bu vəziyyət qarşısında şok olublar.

Bir müddət sahildə hərəkətsiz uzanan adam aparıldığı xəstəxanada dünyasın dəyişib. Köpək balığının hücumu zamanı onun qolu və ayaqları tamamilə qopmuşdu. Xeyli qan itirdiyi üçün dünyasını dəyişdiyi bildirilir. Bundan qabaq da burada 12 belə hadisə yaşandığı söylənilir.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə