Türkiyənin Adana şəhərində bir qadın evinin balkonunda itini döyüb və zülm edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, həmin qadına icra hakimiyyəti tərəfindən 11 min 467 türk lirəsi cərimə yazılıb. Hadisə Seyhan ərazisində Mirzəçələbi məhəlləsində baş verib. 30 yaşındakı qadın qadağan edilmiş pitbul cinsi itə işgəncə verib. Bundan sonra pitbul cinsi it bələdiyyənin sığıncağına verilib.

Turqay Musayev

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə