117 yaşlı nənə Covid-19-a qalib gəldi - FOTOLAR

"Avropanın ən yaşlı insanı" adına sahib fransız rahibə Covid-19-a yoluxduqdan sonra 117-ci doğum günündən bir neçə gün əvvəl xəstəliyin öhdəsindən gəlməyi bacarıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, 116 yaşlı fransız qadın sağaldıqdan sonra ilk açıqlamasında "Sizlərlə birlikdə olduğum üçün xoşbəxtəm, amma ölmüş qohumlarımın yanında olmaq istərdim" deyib.

Fransanın cənub sahilində doğulduğu Tulon şəhərindəki qocalar evində yaşayan və cümə axşamı günü 117 yaşı tamam olacaq təqaüdçü rahibə Lucille Randonun yanvar testlərində koronavirusa yoluxduğu aşkar edilib. Karantinə alınan Randon xəstəliyi zamanı simptomlar göstərməyib və populyar inancın əksinə olaraq koronavirusun öhdəsindən gəlməyi bacarıb.

Müqəddəs Katrin Labor adlı qocalar evinin direktoru David Tavella, "Hazırda rahibə Randonun vəziyyəti yaxşıdır və 117 yaşını gələn cümə axşamı qeyd etməyə hazırlaşırıq", - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə