Fransanın keçmiş prezidenti 94 yaşında vəfat edib

Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında vəfat edib.

SİA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi siyasi xadimin yaxınlarına istinadən məlumat yayıb.

Keçmiş dövlət başçısının ölüm səbəbi COVID-19 koronavirus infeksiyasının yaratdığı fəsadlar olub.

Bu ilin sentyabrında o, ağciyər infeksiyası ilə Paris klinikasına müraciət etsə də, ona koronavirus diaqnozu qoyulmayıb. Noyabr ayının ortalarında yer KİV onun ürək çatışmazlığı diaqnozu ilə Tur şəhər xəstəxanasına yerləşdirilməsi barədə məlumat yaymışdı.

Jiskar d'Esten 1974-1981-ci illərdə Fransa dövlətinin başçısı vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...