Rusiya Prezidenti Vladimir Putin, türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşündə Suriyada Türk əsgərlərinin ölümü ilə əlaqədar başsağlığı verərək, onların harada olduqlarını heç kimin bilmədiyini söyləyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda Putinlə Ərdoğan arasında Suriyanın İdlib əyalətində yaşanan ağırlaşma ilə əlaqədar Moskvada danışıqların aparılması və Rusiya prezidentinin fikirləri öz əksini tapır.
"Görüşümüzün əvvəlində bir daha Suriyadakı hərbçilərinizin ölümü ilə əlaqədar başsağlığı vermək istəyirəm. Ölüm həmişə böyük bir faciədir", deyə Vladimir Putin bildirib.
"Təəssüf ki, telefon danışığında dediyim kimi, heç kim, o cümlədən Suriya hərbçiləri də onların yerləşdikləri yerləri bilməyiblər", deyə Rusiya prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə