“Bu, bumeranqdır”: BMT Kremli kəskin şəkildə yerinə qoydu...

Ukrayna Rusiyanın Moskvaya dron hücumları ilə bağlı şikayətlərinə cavab verdi...

...Ukraynanın BMT-dəki Daimi Nümayəndəsi Andrey Melnik Rusiyanın Daimi Nümayəndəsi Vasil Nebenzyanın 17 mayda Moskvaya edilən dron hücumu ilə bağlı şikayətlərinə cavab verdi.

O, Rusiya ərazisinə edilən bütün hücumların Kremlin Ukraynaya qarşı təcavüzünə cavab olduğunu vurğulayıb. SİA-nın əldə etdiyi məlumata görə, Melnik bu açıqlamanı BMT Təhlükəsizlik Şurasının iclası zamanı verib.

O, rusiyalı həmkarını rusların əzablarından şikayət etməyi dayandırmağa çağırdı.

...Yazıq rusların əzablarından şikayət etməyi dayandırın. Rusiyanın şahidi olduğu şey Putinin Ukraynaya qarşı başlatdığı bumeranqdır. O, üçqat güclə geri qayıdır və çox sərt zərbələr endirir, - deyə Ukraynanın Daimi Nümayəndəsi bildirib.

O, Ukraynanın Rusiya ərazisindəki mülki hədəflərə zərbə endirmədiyini vurğulayıb.

...Biz heç vaxt mülki şəxsləri hədəf almırıq. Biz yalnız beynəlxalq humanitar hüquqa və onun müddəalarına tam uyğun olaraq hərbi obyektləri məhv edirik, - deyə Melnik vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə