Rusiya əleyhinə sanksiyaların ləğvi Qərb üçün faydalıdır..?

...Britaniyanın "The Telegraph" qəzetinin məlumatına görə, Ukrayna böhranının həllindən sonra Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi Qərb ölkələrinə fayda verəcək.

SİA-nın məlumatına görə, müəllif qeyd edir ki, Rusiya ilə Ukrayna arasında qarşılıqlı məqbul sülh razılaşması əldə olunarsa, məhdudiyyətlər aradan qaldırıla bilər və bu da ticarətin prinsiplərdən ödün vermədən davam etməsinə imkan verə bilər.

Məqalədə deyilir ki, sanksiyaların tətbiqindən sonra Qərb ölkələri gəlirli Rusiya bazarında fəaliyyət göstərmək və əhəmiyyətli gəlir əldə etmək imkanını itiriblər.

Sanksiyaların ləğvi Qərbə Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı bərpa etməyə imkan verəcək.

Rusiya tərəfi dəfələrlə bir neçə ildir güclənən sanksiya təzyiqinə müqavimət göstərə biləcəyini bildirib.

Moskva hesab edir ki, Qərbin bu strategiyanın uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır.

Qərb ölkələri də sanksiyaların effektivliyinə şübhə ilə yanaşıblar.

Prezident Vladimir Putin Rusiyanı cilovlamaq və zəiflətmək siyasətinin Qərbin uzunmüddətli məqsədi olduğunu və sanksiyaların qlobal iqtisadiyyata ciddi ziyan vurduğunu iddia edib. Onun fikrincə, Qərbin əsas məqsədi əhalinin əhəmiyyətli bir hissəsinin həyat səviyyəsini pisləşdirməkdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə