Onlarla yanmış və ya parçalanmış rus əsgərinin cəsədi açıq havada uzanıb...

Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlıları Pokrovski sektorunda Rusiyanın böyük itkiləri barədə məlumat verib..

...Rusiya qüvvələri Pokrovsk-Mirnoqrad aqlomerasiyasında nəyin bahasına olursa olsun uğur qazanmaq üçün hərbi komandanlığın əmrlərini yerinə yetirməyə çalışarkən çoxlu sayda insan itkisi verir.

SİA xəbər verir ki, bu barədə 2 noyabr bazar günü Ukrayna Milli Qvardiyasının Omeqa Xüsusi Əməliyyatlar Mərkəzinin ikinci ayrı bölməsi olan Peaky Blinders döyüşçüləri məlumat verib.

Bölmənin Telegram kanalında dərc olunmuş fotoların altında "Rusiya ordusu Rodinsk yaxınlığında nəhəng itkilər verib" deyilir.

Döyüşçülərin sözlərinə görə, şəkildəki əsgərlərin demək olar ki, hamısı dronlar tərəfindən öldürülüb.

...Şəhərə yaxınlaşan yollarda onlarla yanmış və ya parçalanmış rus əsgərinin cəsədi açıq havada uzanıb.

Bunu “Ostrıx kozırkax” yazır.

Ukrayna müdafiəçiləri qeyd ediblər ki, düşmən qoşunları Müdafiə Qüvvələrinin mövqelərinə heç bir taktika və strategiya olmadan "sadəcə güclə" basqın edir.

Onların sözlərinə görə, Rusiya minimal irəliləyişlər üçün minlərlə əsgərini qurban verməyə hazırdır.

...Buna görə də, xəritələrdə düşmənin irəliləyişini gördükdə, işğalçının Ukrayna torpağının hər kvadrat metri üçün ödədiyi qiyməti bilin, - deyə Ukrayna Milli Qvardiyası bölməsinin əsgərləri vurğuladılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə