...ABŞ-ın maliyyə naziri Scott Bessent, Avropanın Rusiyaya qarşı sanksiyalarda “ya hərəkət etmənin və ya susmağın” vaxtı çatdığını deyib.
Onun sözlərinə görə, Avropa ölkələri Çinə və Rusiyanın enerji resurslarını alan digər ölkələrə yüksək tarifləri dəstəkləməyə hazır olmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.
Bessent qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar ABŞ prezidenti Donald Tramp və Putin arasında cümə gününə planlaşdırılan görüşün nəticəsindən asılı olaraq ya gücləndirilə, ya da zəiflədilə bilər.
Bununla belə, o vurğulayıb ki, Avropa danışıqların nəticəsindən asılı olmayaraq sərt tədbirləri dəstəkləməlidir.
...Avropalılar bu sanksiyalarda bizə qoşulmalıdırlar. Onların bunu etmək öhdəliyi var.
Bessent deyib.
…Rusiya neftinin alınması üçün Hindistana ikinci dərəcəli tariflər tətbiq etdik və işlər pis getsə, tariflər artırıla bilər.
Bunu da Bessent deyib.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ABŞ, Avropa İttifaqı, Yaponiya və bir sıra digər ölkələr genişmiqyaslı məhdudiyyətlər tətbiq edib və iyulda Avropa İttifaqı 18-ci sanksiyalar paketini təsdiqləyib.
Lakin Bessent təkcə açıq qadağalardan deyil, həm də “ikinci dərəcəli tariflər” siyasətindən danışır.
Tramp artıq Rusiya neftinin alınmasına cavab olaraq Hindistan mallarına rüsumları 25-dən 50 faizə qaldırıb.
İyun ayında Kanadada keçirilən G7 sammitində Bessent Çinə 200 faiz tariflər təklif etdi, lakin o, Avropa liderlərinin həvəslə cavab vermədiyini söylədi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə