“Baltika” futbol klubunun yarımmüdafiəçisi Daniil Utkin İslamı qəbul etdiyini təsdiqləyib.
Qeyd edək ki, bununla bağlı ilk xəbər verən SİA xatırladır ki, idmançının müsəlman olması ilə bağlı məlumatlar hələ bu ilin mart ayında ortaya çıxmışdı.
Utkinin icarə əsasında çıxış etdiyi Qroznının "Axmat" klubunun mətbuat xidməti futbolçuların şəxsi həyatının sirri olduğunu əsas gətirərək şərh verməkdən imtina etmişi.
Üç aydan sonra Utkin həqiqətən də İslamı qəbul etdiyini təsdiqləyərək bu mövzuda eyhamlara son qoymaq qərarına gəldi.
İdmançı hələ “Axmat”ın heyətinə qatılmamışdan əvvəl müsəlman olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu, onun “Rostov”da aktiv çıxışları zamanı baş verib.
...Bu, mənim şəxsi həyatımla bağlıdır, deyən Utkin, şəxsi hesab etdiyi mövzunu daha ətraflı müzakirə etməkdən imtina edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə