Jirinovskinin 2025-ci ilə dair proqnozu açıqlanıb

Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov Jirinovskinin iş sənədlərində 2025-ci il üçün proqnoz tapıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Onun sözlərinə görə, Vladimir Volfoviçin əlindəki kağız parçalarından birində belə yazılmışdı: “2025-ci il - rus dünyasının minimum SSRİ sərhədləri daxilində, maksimum olaraq slavyan dünyasının sərhədləri daxilində birləşməsi. 2040.”

...Vladimir Volfoviç tez-tez fikirlərini kiçik kağız parçalarına yazırdı. Mən onları tarix üçün diqqətlə saxladım. Bu qeyddə o, böyük hesab etdiyi hadisələri qeyd edib. Və o, 2025-ci il üçün proqnoz verib.

Çernışov izah edib.

Sədr müavini həmçinin qeyd edib ki, Jirinovskinin əli həmişə “fikir sürəti ilə ayaqlaşmır” və ona görə də şəxsən öz əlyazmasını deşifrə etməli olub.

Bundan əvvəl məlum olub ki, Jirinovski ilə müsahibə internetdə ən pisə hazırlaşmaq çağırışı ilə çıxıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə