Quterreş peyvənd kampaniyasının təxirə salınmasına reaksiya verdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Qəzza zolağının şimalında poliomielitlə mübarizə kampaniyasının dayandırılmasından narahat olduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş sosial media hesabındakı paylaşımında daha çox uşaq iflic olmadan epidemiyanın dayandırılmalı olduğunu bildirib.
Qəzzanın şimalında artan zorakılıq və giriş maneələri səbəbi ilə peyvənd kampaniyasının təxirə salındığını vurğulayan Quterreş deyib: "Bundan çox narahatam".
Bütün xəbərlər Facebook səhifəmizdə