"13 ölkənin səfirlərinin bəyanatları heç yerdə yoxdur" - Mamuka Mdinaradze

"Bu, ciddi qalmaqal ola bilər, çünki 13 ölkənin və ya səfirin bəyanatı heç yerdə yoxdur". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri “Gürcü arzusu”nun icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze “İmedi LIVE” verilişində deyib.

Onun sözlərinə görə, bu, Avropa İttifaqının saytında yoxdur və sözügedən bəyanatın ilk dəfə harada yerləşdirildiyini bilmirlər.

“Bu, ciddi qalmaqal ola bilər. Bir qəribə əhvalat var, dəqiq bilmirəm, amma bu mərhələdə bildiklərimi sizə əvvəlcədən danışacağam. Bu 13 ölkənin və ya səfirin bəyanatı heç yerdə yoxdur. İndi onun ilk harada yerləşdirildiyini bilirik. Bildiyimizə görə, bu açıqlamanın ilkin mənbəyi hansısa qurumdur və onu kim verib, nə baş verib? Avropa İttifaqının saytında yoxdur. Nə Xarici İşlər Nazirliyində, nə heç kimin, nə də heç bir idarənin buna bənzər açıqlaması yoxdur. Bunun üçün heç bir mənbə yoxdur. Və nə baş verir, gəlin birlikdə öyrənək. Niyə bu qəribəlik qısa zamanda baş verdi? 2-3 gün qalıb, kim istintaqı yekunlaşdıracaq”, - deyə Mamuka Mdinaradze bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə