BMT Əfqanıstana humanitar yardımı azaldıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə vəsaiti çatışmazlığı səbəbindən mart ayında Əfqanıstana humanitar yardım göstərilməsini azaldıb. SİA BMT-yə istinadən xəbər verir ki, yardımın azaldılması azı 4 milyon nəfərə birbaşa təsir edəcək.

ÜƏP beynəlxalq ictimaiyyəti böhran içində olan ölkədə humanitar fəaliyyətin maliyyələşdirilməsi üçün təcili olaraq vəsait ayırmağa çağırıb.

Təşkilat ölkədə 6 milyon nəfərin aclığın bir addımlığında olduğunu, əhalinin üçdə ikisinin – təxminən 28 milyondan çox insanın humanitar yardıma ehtiyac duyduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə