Şarl Mişel BMT Baş katibi Antonio Quterreşlə görüşüb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Baş katibi Antonio Quterreşlə görüşüb. SİA xəbər verir ki, bu barədə Ş.Mişel "tviter"də yazıb.

Paylaşımda tərəflərin Ukraynadakı müharibənin qlobal təsirlərini müzakirə etdikləri qeyd olunub. Həmçinin, ərzaq qiymətlərinin aşağı salınmasına kömək edən “Taxıl razılığı” məsələsi barədə fikir mübadiləsi də aparılıb.

Xatırladaq ki, onlar Afrika İttifaqının 36-cı assambleyası çərçivəsində bir araya gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə