BMT Baş Assambleyasında Ukraynaya hücumla bağlı qətnamə səsə qoyulacaq

BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya hücumunun ildönümündə qətnamə səsverməyə çıxarılacaq. SİA xəbər verir ki, bu barədə TASS təşkilatdakı mənbələrinə istinadən məlumat yayıb.

Sənəd Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formuluna əsaslanacaq. Qətnaməyə baxılması fevralın 23-nə təyin edilib.

BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı iclasında ABŞ-ın dövlət katibi Antoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel, eləcə də bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə