Parlament üzvünün evindən dəstə-dəstə pul tapıldı

Dünya çempionatına ev sahibliyi edən Qətərdən rüşvət aldığı müəyyən edilən Avropa Parlamentinin üzvləri ilə bağlı istintaq davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aİ rəsmiləri artan qalmaqalı cilovlamağa çalışarkən, parlamentdəki millət vəkilləri 625-ə qarşılıq bir səslə Avropa Parlamentinin yunan sosialist üzvü Eva Kailini vitse-prezident vəzifəsindən uzaqlaşdırıb.

Eva Kailinin vəkili müvəkkilinin günahsız olduğunu və "Qətərlə rüşvət işi ilə heç bir əlaqəsi olmadığını" deyib. Qətər hökuməti bu işə hər hansı aidiyyəti olmadığını bildirib.

Rüşvət qalmaqalından sonra polis işçiləri həbs edilən Kailinin Brüssel və onun ətrafında yerləşən evinə və ofisinə basqın edib. Basqın zamanı ən azı 1,5 milyon avro (1,6 milyon dollar) nağd pul ələ keçirilib.

Keçmiş aparıcı 44 yaşlı Kaili Brüssel həbsxanasında saxlanılır. Rüşvət ittihamı ilə mühakimə olunan Kaili və daha 3 müttəhimin taleyi növbəti məhkəmədə müəyyənləşəcək. Bildirilib ki, Kayli həbs olunanlar arasında aktiv vəzifədə olan yeganə parlament üzvü olub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə