Rusiya və ABŞ birlikdə Veneraya uçacaq?

Bunu Rusiya Federal Kosmos Agentliyinin (Roscosmos) Baş direktoru Dmitri Roqozin Rusiya mediasına şərhində bildirib... SİA bu barədə rus mətbuatına istinad edir.

Rusiya və Amerika Birləşmiş Ştatları Venera araşdırmalarıyla əlaqədar ortaq missiya ilə bağlı razılığa gəldilər.

Rusiya Federal Kosmos Agentliyinin (Roscosmos) Baş direktoru Dmitri Roqozin Rusiya mediasına şərhində bildirib: "Amerikalılarla Venera planetinə ortaq missiya ilə bağlı razılaşdıq.

Veneraya yalnız Sovet kosmik gəmiləri uçduğu üçün ora “Rusiya planeti” də deyilir. Başqa heç bir ölkə sözün tam mənasıyla cəhənnəm olan bu planetə kosmik gəmi göndərməyib”.

Qeyd edək ki, Rusiya 2029-cu ildə Venera planetinə “Venera-D” avtomatik stansiya kosmik gəmisi göndərməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...