"Biraz səbr etmək lazımdır" - MÜNASİBƏT BİLDİRDİ

Süni intellektin insan hisslərinə təsiri müasir dövrdə getdikcə daha çox müzakirə olunan bir mövzudur. Texnologiyanın inkişafı ilə yalnız məlumatların təhlili və avtomatlaşdırılmış proseslərdə deyil, həm də insanlarla emosional əlaqələr qurmaqda istifadə olunur. Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər. Lakin bu, müəyyən riskləri də özündə birləşdirir. İnsanlar süni əlaqələrə həddindən artıq bağlana bilər və ya real insani münasibətlərin əhəmiyyətini azaltmaq təhlükəsi ilə üzləşə bilər. Bəs bu mövzuda ekspertlərimiz hansı fikirdədir?

İnformasiya texnologiyaları üzrə ekspert Emin Qasımov SİA-ya açıqlamasında məsələyə bu cür münasibət bildirib: "Süni intellekt termini bir çox insanları qorxudur, lakin bu bir instrumentdir. O instrumenti nə ilə bəsləsəz, yedizdirsəz yaxud hansı materialı ona təqdim etsəz həmin işi bacaracaq. Bu kimi işlərə mahnı bəstələmək, şeir və kitab yazmaq və s. aiddir. Eləcə də insan hisslərini və duyğularını idarə edə bilər. Yəni o insan hansı vaxtda neqativ və pozitiv qərar verə biləcəyini öyrənir və buna görə də onların yerinə qərar verə bilər. Yenə deyirəm süni intellekt sadəcə bir instrumentdir, özünüzü onunla qorxutmağa ehtiyac yoxdur. Ondan düzgün istifadə etmək lazımdır, süni intellekt heç bir iş yerlərini bağlamayacaq, həmçinin heç kimi işsiz saxlamayacaq. Sadəcə o insanların əlində olan instrumentdir.

Süni intellekti bir kalkulyator bilin. Kalkulyator icad olunandan sonra riyaziyyat müəllimləri qorxu içinə düşdülərki, artıq biz işsiz qalacıq, hər kəs onun sayəsində hesab işlərini edəcək, müəllimə yaxud buxalterə ehtiyac yoxdur, amma zaman göstərdi ki, kalkulyator insanların əlində sadəcə bir instrument oldu. Eləcə də süni intellekt istər yazıçının əlində, istərsə də jurnalistin əlində prosesi daha tezləşdirməyə yarayan, keyfiyyətli məhsul çıxarmağa kömək edən instrumentdir. Məsələn, süni intellekt mühəndisin əlində olsa, ona hər hansısa bir problem yarananda köməklik edəcək və onun həll yollarını göstərəcək. Mühəndis özü qərar verəcək ki, hansı yolla problemi düzəltmək lazımdır. Süni intellekt insanların əlində bir instrument olmalıdır. İnsanlar süni intellektin vəzifələri dəyişməyindən, peşələri ləğv etməyindən qorxurlar, ancaq insan faktoru hər zaman olmalıdır.

Həmçinin süni intellektə empatiyanı öyrətmək olar, yəni onu nə ilə yedizdirəcəksizsə həmin işidə bacaracaq. Süni intellektə mərhəməti, qəddarlığı yəni istənilən hissi öyrətmək olar. Onda zamanla insani hisslər ola da bilər, olmayada bilər. Artıq bir çox ölkələr süni intellektə əsasən müəyyən qayda və qanunlar düzəldəcəklər, lakin hələki bu yoxdur deyə insanlar qorxu içərisindədirlər. Hətta İtaliyada bu qaydalar çıxmışdı ki, süni intellekt müəyyən proseslərdə və ixtisaslarda iştirakı qadağandır. Eyni zamanda Amerikada redaktorlar ayağa qalxmışdı və nəticədə süni intellektin həmin sahədə iştirakı qadağan edildi. Biraz səbr etmək lazımdır, ölkələr bu barədə bir çox qərarlar çıxaracaq".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə