"Fənərbaxça"nın 4 futbolçusu koronavirusa yoluxub - FOTO

Antalyada düşərgə quracaq türk futbol klubu "Fənərbaxça"dan pis xəbər gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanın 4 futbolçusunda koronavirus testinin müsbət çıxdığı açıqlanıb. Bundan başqa, 10 futbolçu səhhəti ilə bağlı komandonun oyun siyahısına əlavə edilməyib.

Qeyd edək ki, "Fənərbaxça"nın kapitanı Məsut Özil bel nahiyəsindəki problemlə bağlı oyunda iştirak edə bilməyəcək.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...