“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub.

Poqba ilk turda “Lids”i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. O, “Sauthempton”lə heç-heçə etdikləri oyunda (1:1) da komandasının yeganə qolunun ötürməsini edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə