İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini transfer edib.

“Yuventus” 23 yaşlı yarımmüdafiəçini satınalma şərti ilə 2 illik icarəyə götürüb. Turinlilər 2 il sonra futbolçunun transfer hüququnu almaq istəsə, bunun üçün “Sassuolo”ya 25 milyon avro ödəyəcək.

Lokatelli “Milan”ın yetirməsidir. Yarımmüdafiəçi 2018-ci ildən “Sassuolo”da forma geyinirdi. O, İtaliya yığmasında 15 matça çıxıb, 3 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə