Messidən sonra "Barselona"ya daha bir zərbə

İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın futbolçusu Antuan Qrizmannla maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar” fransalı hücumçunu transfer etmək niyyətindədir. “Mançester Yunayted”in yaxın zamanda Qrizmann üçün “Barselona” ilə danışıqlara başlayacağı bildirilib. “Barselona” maliyyə problemlərini həll etmək üçün yaxşı təklif qarşılığında 30 yaşlı futbolçunu satmağa razıdır.

2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçən Qrizmann Kataloniya təmsilçisində ötən mövsüm 51 oyunda 20 qol vurub, 13 məhsuldar ötürmə edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə