"Beşiktaş" Umut Nayirlə yollarını ayırıb

Beşiktaş, ötən mövsüm icarə əsasında "Hacdut Split" ə gedən təcrübəli futbolçu Umut Nayirlə yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Beşiktaş" klubu təcrübəli futbolçunun növbəti mövsümün maaşı qarşılığında qarşılıqlı razılaşma ilə müqaviləsini ləğv edib.

Umut Nayirin super liqanın yeni komandalarından olan "Giresunspor" ilə hər mövzuda razılaşdığı və transferinin reallaşmaq üzrə olduğu xəbərlər arasındadır.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə