Messinin "PSJ"dəki forma nömrəsi bəlli olub

Fransa nəhəngi "Paris Sen-Jermen"lə müqavilə imzalayan ulduz futbolçu Lionel Messinin forma nömrəsi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Messi "PSJ" -də 30 nömrəli formanı geyinəcək. PSJ-nin çərşənbə günü mətbuat konfransı ilə təqdim edəcəyi argentinalı ulduz futbolçunun forma nömrəsi müəyyənləşib. Buna görə, Messi Barselonada geydiyi 10 nömrənin əvəzinə PSG -də 30 nömrəli formanı geyinəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə