“Barselona”nın sabiq futbolçusu Boyan Krkiç karyerasını Yaponiyada davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu “Vissel Kobe”yə keçib.
Klub Krkiç ilə müddəti 2023-cü ilin yanvarına qədər olan müqavilə imzalayıb. Krkiç bu ilin yanvarından azad agent idi. İspaniya yığmasında bir oyun keçirən hücumçu, karyerası ərzində “Barselona”, “Milan”, “Roma”, “Stok Siti” kimi klublarda da çıxış edib.
“Vissel Kobe”də “Barselona”nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB