"Zenit" gənc ulduzu heyətinə qatıb

Rusiyanın “Zenit” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sankt-Peterburq təmsilçisi Braziliyanın “Braqantino” klubundan Klaudinyonu transfer edib.

24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Klaudinyo Braziliya yığması ilə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə