“Beşiktaş” ötən mövsüm İngiltərənin “Lester Siti” klubundan icarəyə götürdüyü Rəşid Gezzalı da transfer edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 29 yaşlı vinger bu gün İstanbula gələcək və tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
"Beşiktaş" Gezalın transfer hüquqlarını almaq üçün "Lester Siti"yə 3.2 milyon avro ödəyib. Əlcəzairli futbolçu isə "Beşiktaşda" göstərəcəyi performansla birlikdə , ilinə 3 milyon avro qazanacaq. Rəşid Gezzal ötən mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 35 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildən “Lester Siti”də forma geyinib. Əlcəzair yığmasının da üzvü olan futbolçu, əvvəllər “Fiorentina”, “Olimpik” (Lion) və “Monako”da da forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB