Fransa liqasının son çempionu "Lill" heyyətinə daha bir gənc ulduzu transfer edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Lill" Almanyanın “Hamburq” klubundan Amadu Onananı transfer edib.
19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. “Lill” Onana üçün “Hamburq”a 7 milyon avro ödəyib. Seneqal əsilli belçikalı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək. Onana Belçikanın U-21 yığmasının kapitanıdır.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB