"Fənərbaxça" üçün sürpriz iddia

Transfer çalışmalarını sürətləndirən və komandadan ayrılacağı adların dəqiqləşməsindən sonra 3-4 əlavə transfer etməyi planlaşdıran "Fənərbaxça", "BJ Guoan" forması geyinən 24 yaşlı Cənubi Koreyalı müdafiəçi Min-jae Kim ilə maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə 1.90 m boylu bədən quruluşu ilə diqqət çəkən cənubi koreyalı futbolçu 24 yaşında karyerası ərzində 119 oyun keçirib və 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Min-jae Kim millidə də 32 dəfə oynayıb və 3 qola imza atıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə