Super Liqa klubları Hernanini istəyir

Super Liqa komandaları "Antalyaspor", "Kasımpaşa" və "Gaziantep FK" nin gözləri eyni ulduzdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniyanın "Levante" komandasının portuqaliyalı sağ cinah oyunçusu Hernaniyə Türkiyə klublarından təklif var. 29 yaşlı futbolçunun La Liqa təmsilçisi ilə 1 illik müqaviləsi olması transferdə türk klublarının əlini gücləndirir. Ötən mövsümü Səudiyyə Ərəbistanının "Əl-Vəhda" komandasında icarə əsasında keçirən Hernaninin Türkiyə seçimini yaxşı bir seçim olduğunu və Türkiyəyə transfer olmaq üçün gözlədiyi xəbərlər arasındadır.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə