Xames Rodriqez üçün "Milan" iddiası

İspaniyalı məşqçi Rafael Benitesin planları arasında olmayan Xames Rodriqez, "Everton" ilə ayrılma mərhələsinə gəlib.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçunun adı İtaliya nəhəngi "Milan"la hallanır. "Everton" un baş məşqçisi Rafael Benites kolumbiyalı futbolçu Xames Rodriqezlə bağlı qərarını verib. Təcrübəli məşqçi 30 yaşlı futbolçunu heyətində görmək istəmir. Xəbərlərdə Rodriqezin İtaliya nəhəngi "Milan"a gedə biləcəyi bildirilib.

2020 -ci ildə "Real Madrid" dən "Everton" a keçən ulduz futbolçu, Premyer Liqanın 23 oyununda 6 qol və 5 məhsuldar ötürmə edib. Xames Rodriqezin transfer qiyməti 28 milyon avrodur.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə