İngiltərə Premyer Liqasında transferlər üçün ödədiyi rəqəmlərlə fərqlənən "Mançester Siti" rekord vurmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Mançester Siti" "Aston Villa"ya Jack Grealish üçün 117 milyon avroluq bir təklif edib. İngiltərə Premyer Liqasını qazanan, lakin Çempionlar Liqasını finalda "Çelsi" yə uduzan "Mançester Siti" transfer rekordunu qırmağa yaxındır. "Aston Villa" 25 yaşlı oyunçunu itirmək istəməsə də, "Siti" nin astronomik təklif edəcəyi bildirilir. Villa bu rəqəmi qəbul edərsə, İngiltərə Premyer Liqasının transfer rekordu qırılacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə