Mikel Artetanın rəhbərliyi altında yeni bir quruluşa keçən "Arsenal", qolçu transferi üçün "İnter" klubuna üz tutub. Geridə buraxdığımız mövsümdə gözləntilərdən çox uzaq olan "Arsenal", 25 ildən sonra avrokuboklara qatıla bilməyib. Buna baxmayaraq ingilis klubu Mikel Artetaya güvənərək gənc məşqçiyə davam etmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mövsümdən əvvəl hədəflərini yüksəltmək istəyən "Arsenal", Albert Lokonqa və Nuno Tavares kimi gənc oyunçuları heyətinə qatıb. Heyətinə hücumçu qatmaq istəyən London təmsilçisi "İnter" in argentinalı hücumçusu Lautaro Martinezin vəziyyətini yaxından izləyir.
"Arsenal"dan Lautaro Martinez bombası
A Seriya təmsilçisində geridə buraxdığımız mövsümdə 48 oyun keçirən və 19 qol vuran argentinalı oyunçunun klubla 2 illik müqaviləsi var. Xəbərə görə, "İnter" ulduz oyunçu üçün 90 milyon avro tələb edir. "Çelsi"dən Tammy Abrahamla da maraqlanan "Arsenal", hücumçu transfer etməzdən əvvəl Alexsandr Lakazeti və Eddie Nketiah kimi adlarla yollarını ayırmaq istəyir.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB