Onyekurunun yeni klubu müəyyənləşib

Ötən mövsümün ikinci yarısında "Qalatasaray"da oynayan və transfer hüququ "Monako"da olan Henri Onyekurunun yeni komandası açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nigeriyalı futbolçunun Yunan nəhəngi "Olimpiakos"a transferi gündəmdədir. Xəbərlərdə, yunanların 24 yaşlı futbolçu üçün 5 milyon avro verdiyi iddia edilib. Monako ilə Olimpiakos arasında transfer danışıqlarının davam etdiyi bildirilib.

Onyekuru, ötən mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi "Qalatasaray"da 14 Super Liqa oyununda oynadı və 5 qol və 4 məhsuldar ötürmə edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə