Hücumçunun yeni klubu müəyyənləşib

“Minay” klubu Ukrayna millisinin sabiq forvardı ilə anlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna Premyer Liqa təmsilçisi Yevgeni Seleznyovla anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. 36 yaşlı hücumçu “Şaxtyor”, “Dnepr”, “Malaqa”, “Bursaspor” kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Minay" klubunda Azərbaycan millisinin forvardı Rüstəm Əhmədzadə və Azərbaycan əsilli futbolçu Eldar Quliyev də çıxış edir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə