Tokio-2020 Oyunları gənclər təşkilatlarının gözü ilə - SORĞU

24 iyul tarixindən etibarən keçirilən 32-ci Tokio Yay Olimpiya Oyunları başlayıb. 9 avqusta qədər davam edəcək Olimpiyada da, ölkəmizi 44 idmançı təmsil edəcək. 2020 ci ildə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən bu il keçirilir. Milli Komandamızın əldə edəcəyi uğurlar hər bir Azərbaycan vətəndaşını sevindirəcəkdir. SİA-da oyunlarla bağlı gənclər təşkilatlarının əməkdaşlarının fikirlərini öyrənib.

Fuad Heydər - YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini: “Azərbaycan hər zaman hər sahədə öz sözünü deyib buna misal olaraq elə 44 günlük müharibə dövründə və bununla yanaşı idman sahəsində də daima bir nömrə olmaqda davam edir. Milli komandamız harda olmağından asılı olmayaraq bizim dəstəyimizin onlarla olduğunu hiss edir və biz daima komandamızın yanındayıq, onlara güvənirik. Əminik ki, bizim onlara olan güvənimizi heç bir zaman aşağıya salmayacaqlar. Hesab edirəm ki, Tokio Olimpiyadada olan qalibiyyətimiz Azərbaycanımızın hər sahədə qüdrətini göstərəcəkdir. Covid-19 virusu demək olar ki biz insanların həyatını bir sıfır geriye atib, lakin buna baxmayaraq artıq hər şey əvvəlki vəziyyətə geri qayıdır.

Bununla yanaşı olaraq idman ən böyük sağlamlıqdır və bədənin immun sistemini bərpa edir. Tək olimpiyada sahəsi deyil, artıq biz gözə görünməz düşmənlə qoyulan sanitariya qaydalarına əməl etməklə yaşamaq məcburiyyətindəyik".

Ülkər Həsənova - ATGTİ-nin Sədr müavini: “Düşünürəm ki komandamız bayrağımızı Tokioda qələbə nəticəsi ilə qaldıracaq. Əminəm. Hər bir halda təmsilçilərimiz var gücünü sərf edəcəklər. Bu il əslində onlar Tokioya qalib ölkənin qalib idmançıları olaraq gedirlər. Və bu, onların gücünə güc qataraq, nailiyyətlərin sayını da artıracaqdır. Çox təəssüf ki covid-19 səbəbi ilə keçiriləcək olimpiyadanın hər kəs canlı şahidi ola bilməyəcək. Lakin indiki şərait üçün şahidi olanlar da az olmayacaq. Şübhəsiz ki, virusun olimpiyadadan sonra artımında yüksəliş baş verə bilər. Hətta bununla bağlı Yaponiya kəkimlər birliyinin prezidenti Ueyama Naoto da çağırış edib. Lakin əminəm ki, Yaponiya bütün bunları nəzərə alaraq tədbirlər görmüşdür. Və ümid edirəm ki, bu tədbirlər nəticəsində hər kəs sağlam şəkildə öz evinə, ölkəsinə dönəcəkdir”.

Tayfun Hacılı - Sumqayıt Dövlət Universitetin TGT sədri: Tokio Olimpiyadasının kifayət qədər gəncin marağında olduğunu gördüm. Sumqayıt Dövlət Universitetinin tələbəsi olaraq bu oyunların gənclərin nə qədər marağında olduğunu hiss edirəm və həvəslə milli komandamızın oyunlarının keçirməsini gözləyirəm. Milli komandamızın bu oyunlarda ölkəmizə uğurlar gətirəcəyinə və layiqincə təmsil edəcəyinə, milli maraqlarımızı qoruyub saxlayacağına əminəm. Ekspertlər idmançılarımızın ölkəmizə daha çox qızıl, gümüş medalların gətirəcəyini düşünürlər".

İman Sadığov - Saatlı rayon Mərkəzi Kitabxana sisteminin əməkdaşı: "Tokio Yay Olimpiyadasında Milli komandamızın bütün üzvlərinə uğurlar arzulayıram. Mənim fikrimcə, cüdoçularımıza ümidlərimiz daha çoxdur. İnşallah ki, vətənimizə yaxşı naliyyətlərlə qayıdarlar. Digər bir idman növü olan güləşə də ümidlərimiz çox yüksəkdir. Allahın izni ilə güləşçilərimiz də böyuk qələbələrlə qayıdar və ən əsasda Rasul Çunayevin rəqibi ilə revanş görüşü olacaq. Mən ümid edirəm ki, hər zaman olduğu kimi Rasul Çunayev qələbə ilə yarışlardan qalib ayrılacaq. Digər bir məsələ olan koronavirus pandemiyasına gəldikdə isə onu deyə bilərəm ki, koronavirus hələ də bitmiş deyil. Yaponiya höküməti profilaktik tədbirlər almış və iştirakçılar üçün hər cür şərait yaradıblar”.

Əlirza Əliyev - ADMİU TGT sədri: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qatıldığı bütün Yay Olimpiyadalarında uğurlu çıxışları ilə yadda qalmışdır. Bu uğurların təməlində Ulu öndərimiz Heydər Əliyev və dövlət başçımız İlham Əliyevin idmanımıza göstərdiyi qayğı dayanır. Hal-hazırda Tokio 2020 Yay Olimpiya Oyunlarında da idmançılarımız ölkəmizi layiqincə təmsil edəcək və üçrəngli bayrağımızı qürurla necə ki Şanlı Ordumuz Qarabağda dalğalandırdılar idmançılarımız da Tokioda bayrağımızı dalğalandıracaqlar. İdmançılarımıza uğurlar arzu edirəm".

Nicat İsmayılov - Bakı Dövlət Universitetinin TGT sədri: "Tarixə nəzər salsaq görərik ki, ölkəmiz Sidney Olimpiyadası, Pekin Olimpiyadası, Avropa Oyunları, İslam Oyunları və digər olimpiyadalarda kifayət qədər yüksək nəticələr əldə etmişdir. Yığma komandamız müxtəlif idman növləri üzrə yarışlarda bir çox medallar qazanmışdır. Düşünürəm ki, Tokioda keçiriləcək Olimpiyada da idmançılarımız ölkəmizi layiqincə təmsil edəcək və yüksək nəticələr əldə edəcəklər. Məlumdurki, dövlətimiz idmana yüksək diqqət və qayğı ilə yanaşır, idmançılarımız hər cür şəraitlə təmin olunmuşlar. Son günlərdə statistikaya nəzər salsaq görərik ki, pandemiyanın yayılması halları müşahidə olunur. Düşünürəm ki, Tokio Olimpiyadası karantin qaydalarına uyğun olaraq təşkil olunacaqdır".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə