“Barselona” ilə “Atletiko” arasında futbolçuların dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, söhbət iki ulduz futbolçunun transferindən gedir. “Barselona” “Atletiko”dan Saul Niqesi heyətə cəlb etməyi planlaşdırır. Əvəzində isə Antuan Qrizmann sabiq klubuna qayıtmalıdır. Məlumata görə, hər iki futbolçu bu transfer üçün razılıq verib. Bildirilir ki, “Barselona” Qrizmana görə müəyyən məbləğdə kompensasiya da almağa cəhd göstərir.

Hazırda danışıqların məhz bu istiqamətdə aparıldığı bildirilir. Saulla “Çelsi” və “Liverpul” da maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə