"Fənərbaxça" ilə Paulinyo arasındakı müqavilənin detalları bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Fənərbaxça” təcrübəli ulduzla ildə 2 milyon avro qarşılığında 2 + 1 illik müqavilə imzalayacaq. Paulinyonun bu həftə İstanbula gələcəyi də iddia edilir.

Braziliyada yayımlanan “UOL Esporte”, Paulinyonun “Fənərbaxça” ilə razılaşdığını və bu səbəbdən “Gremio”nun təklifini rədd etdiyini yazıb. Vitor Pereyranın şəxsən tələb etdiyi iddia edilən təcrübəli yarımmüdafiəçiyə inamlar böyükdür.

İndiyə qədər Serdar Dursun və Steven Caulkerı heyətinə qatan “Fənərbaxça” Paulinyonu bu həftə İstanbula gətirəcəyi gözlənilir. 32 yaşlı futbolçunun sağlamlıq müayinəsindən keçdikdən sonra imza atacağı və bayram fasiləsindən sonra komandaya qoşulacağı təxmin edilir.

Qeyd edək ki, Paulinyo Çinin “Quanqzhou” komandasında oynayırdı.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə