Ozobiç millimizdə iştirak edəcək?

Hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə