Araz Abdullayevin Türkiyənin "Boluspor" klubuna keçidi rəsmiləşib

Millimizin futbolçusu Araz Abdullayevin Türkiyənin "Boluspor" klubuna keçidi rəsmiləşib.

SİA xəbər verir ki, bu barədə birinci liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə