"Araz" elit-raundda növbəti mərhələyə yüksələ bilmədi

"Araz" elit-raundda növbəti mərhələyə yüksələ bilmədi
Futzal üzrə UEFA kubokunun elit-raundunda "Araz" son oyununu keçirib. SİA-nın AFFA-nn rəsmi saytına istindən verdiyi xəbərə görə, Rusiyanın "VİZ-Sinara" klubu ilə qarşılaşan təmsilçimiz 2:3 hesabı ilə məğlub olub. "Araz"ın heyətində Eder və Rizvan Fərzəliyev fərqlənib. Beləliklə, elit-raundda keçirdiyi ilk oyunda Kiprin "Ararat Nikosiya" klubuna qalib gələn, ikinci matçda isə İtaliyanın "Montesilvano" komandası ilə heç-heçə edən "Araz", üçüncü qarşılaşmada məğlub olmaqla növbəti mərhələyə yüksələ bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə