"Neftçi" "Gəncə"ni darmadağın edib

"Neftçi" "Gəncə"ni darmadağın edib
"Kapital Bank U-15 Liqa"sında ilk dövrəyə yekun vurulub. Şəmkirdə baş tutan 7-ci turun oyununda "Neftçi" "Gəncə" ilə qarşılaşıb. SİA-nın "Neftçi" klubunun mətbuat xidmətindən aldığı məlumata görə, İslam Kərimovun rəhbərlik etdiyi komanda rəqib qapısından 7 cavabsız top keçirib. Komandanın qollarını Aqşin Qurbanlı, Pərviz Qaraxanov, Fəhmin Muradbəyli (2 top), Covanni Abdullayev, Əmirəli Quliyev və Etibar Süleymanov vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə