Mayın 7-də Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə beynəlxalq Qran Pri turnirinə start veriləcək. SİA-nın məlumatına görə, tədbir "Qəbələ" Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyası ilə Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında həyata keçiriləcək. Yarışa 8-dən çox ölkənin 100-dək idmançısı, eləcə də rəsmi qonaqlar qatılacaq. Onların arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Yay Olimpiya Oyunlarının qalibləri də yer alacaq.
Bir həftəyədək davam edəcək Qran Pridə 6 dəst medal uğrunda mübarizə gedəcək. Rəsmi açılış mərasimi mayın 8-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB