Berti Foqts Bakıda kitab təqdimatında iştirak edəcək

Berti Foqts Bakıda kitab təqdimatında iştirak edəcək
Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin konfrans zalında BSU-nun "Elmi əsərlər" məcmuəsinin Almaniyanın Osvald Fon Volkenştayn Cəmiyyəti ilə birgə hazırlanmış və "Kitabi Dədə Qorqud" dastanının görkəmli alman şərqşünası Hainrix F. fon Dits trəfindən ilk nəşrinin 195 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, martın 11-də, saat 11:00-da keçiriləcək tədbirdə Bakı Slavyan Universitetinin dəvəti ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə