İngiltərədə ən yaxşı qol Runiyə məxsusdur

İngiltərə Premyer Liqası komandalarından olan "Mançester Yunayted"in futbolçusu Uin Runinin fevral ayında "Mançester Siti"yə vurduğu qolu azarkeşlər tərəfindən aparılan səsvermədə Premyer Liqanın ən yaxşı qolu seçilib. Siasport.az saytının məlumatına görə, Uin Runi mükafatla bağlı fikirlərini belə ifadə edib: "Premyer Liqanı izləyərək böyüyən biri olaraq liqa tarixinin ən yaxşı qolu mükafatını almaq gözəl bir hissdir".

Birinci olan Runi azarkeşlərinin 26 %-nin səsini əldə etdiyi bir vaxtda "Arsenal"da oynadığı vaxtlarda "Nyukasl Yunayted"ə vurduğu qolla 2-ci yeri Denis Bergkamp tutub. Tieri Anri isə 15 faizlik səslə 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə