DÇ-2026-nın H qrupunda Giorgios Denisin rəhbərlik etdiyi Səudiyyə Ərəbistan millisi Marselo Bielsanın rəhbərlik etdiyi Uruqvay millisi ilə qarşılaşıb.
Hər iki tərəfin qollarının qeydə alındığı qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb və hər iki komanda xalları bölüşüb.
Mayamidəki Hard Rock Stadiumunda oynanan qarşılaşmada Səudiyyə Ərəbistanı 41-ci dəqiqədə Abdulelah Alamrinin qolu sayəsində fasiləyə 1:0 öndə olub.
Uruqvay nəhayət ki, 80-ci dəqiqədə axtardığı qolu tapıb. Maksi Araujo oyuna girməsi ilə matçın yekun hesabını müəyyənləşib.
Xatırladaq ki, qrupdakı digər qarşılaşmada Kabo-Verde ilə İspaniya heyrətləndirici şəkildə 1:1 hesablı heç-heçə edib.
H qrupunun növbəti oyununda Uruqvay Kabo-Verde, Səudiyyə Ərəbistanı isə İspaniya ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB