AFFA “Dinamo” və “Ağdaş” klublarının futbolçularını cəzalandırıb

AFFA “Dinamo” və “Ağdaş” klublarının futbolçularını cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 88-ci dəqiqəsində “Dinamo” klubunun 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Dinamo” komandası 200 manat cərimə edilsin (maddə 43.1);

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun 3 nömrəli futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

Bütün xəbərlər Facebook səhifəmizdə