Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

SİA xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan seçməsi martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib

Bütün xəbərlər Facebook səhifəmizdə